Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın 140 illik yubileyi və onun müəllifi olduğu “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Prezident mükafatçısı Səmədzadə Xasiyev və aktrisa Aydan Həsənovanın “O olmasın, bu olsun” musiqili komediyasından təqdim etdikləri səhnələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Muzeyin direktoru Xalq artisti və bəstəkar Sərdar Fərəcov uğurlu əməkdaşlığa görə Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirərək yaradıcı heyəti “Təşəkkürnamə” ilə təltif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.