Akademik Musiqili Teatrda yeni tamaşanın premyerası olacaq

Akademik Musiqili Teatrda yeni tamaşanın premyerası keçiriləcək.

Etmtv.news xəbər verir ki, yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” adlı tamaşa iyunun 21-22-də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Elməddin Dadaşovdur. Əsərin süjet xəttində özbək qızı (Müyəssər) və azərbaycanlı oğlanın (Şərif) ülvi məhəbbətindən bəhs olunur. Onlar təsadüfən konfransda görüşürlər və bir-birlərinə möhkəm aşiq olurlar.

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Əliməmməd Novruzov, Elçin İmanov, Güldanə Əzimova, Gülnarə Əzizova, Rəsmiyyə Nurməmmədova, Emin Zeynallı, Ayan Qurbanova, Nəzrin İsmayılzadə, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Cəlal İsayev iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.