AFFA-nın İcraiyyə Komitəsi Gəncədə iclas keçirib

Gəncədə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasdan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Millət Vəkili Müşfiq Cəfərov, AFFA-nın Prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Kəpəz” Futbol Akedemiyasının yeni inşa edilən binasına baxış keçirib, burada yaradılan şəraitlə tanış olublar.

Daha sonra AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutub. İclasda “Kəpəz” Futbol Akademiyasının tikinti ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib, bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib. Belə ki, müvafiq müraciətə əsasən, futbol veteranları İsmayıl Əliyevə, Esmiralda Ələkbərovaya (həkim), Qara Qarayevə, İqor Ponomaryova, Vaqif Sadıqova və  Maşallah Əhmədova AFFA-nın təqaüdünün verilməsi qərara alınıb. AFFA-nın növbəti hesabat-seçki konfransının aprel ayının 2-sinə təyin edilməsi barədə qərar qəbul olunub. İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək hesabat-seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.

 

AFFA-nın İcraiyyə Komitəsi Gəncədə iclas keçirib
AFFA-nın İcraiyyə Komitəsi Gəncədə iclas keçirib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.