Azərbaycan Dillər Universitetində (ADU) Qafqazşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “İrəvan XX- əsrin əvvəllərində” mövzusunda dəyirmi masa keçirilib.
Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov mövzu ilə bağlı fikirlərini bölüşüb. O, tarixi Azərbaycan ərazisi olan İrəvanın strateji əhəmiyyətindən danışıb.
Beynəlxalq münasibətlər və idaretmə fakültəsinin dekanı İbrahim Kazımbəyli İrəvan xanlığının yaranması, etnik tərkibi, xanlığın yeritdiyi siyasət və strateji coğrafi mövqeyindən söz açıb. O, həmçinin bildirib ki, müxtəlif tarixi dövrlərdə İrəvan işğallara və köçürmə siyasətinə məruz qalıb.
Tədbirdə mövzu ilə bağlı sullar cavablandırılıb, müxtəlif fikirlər səsləndirib.
Sonda “İrəvan:Gizlədilmiş həqiqətlər”adlı sənədli film nümayiş olunub.