ADNSU-da “Teams” Təhsil sistemində özbaşınalıq-Müəllimlər dərs keçmir

Etmtv.news Xəbəral.az-a istinadən  xəbər verir ki, ADNSU-da ölkənin tısbağa sürətli interneti göz ardı edilir. Sanki ölkənin hər yerində internet ve set mükəmməl səviyyədədir. Eyni zamanda hərkəsin ekonomik durumu eyni…Dərsə qosulduqda “Teams” atirsa, yene de qaib yazılır.Üstəlik hər il analoji olaraq verilen imtahan suallarını indi vermirlər.Mövcud vəziyyətə uyğun güzəşt edilmək əvəzinə, vəziyyəti daha da qəlizləşdirirlər. Teams-a yerləşdirilən dərsliklər əksəriyyət tələbələrdə açılmır. Tələbənin bununla bağlı məlumatına isə müəllim cavab olaraq bildirir ki, “Bizə dəxli yoxdur”. Müəllimlərin bəziləri dərs saatından əvvəl bəziləri sonra proqrama daxil olur. Hətta elə dərs olub ki, həmin saatda tələbələrin əksəriyyəti qoşulub ancaq müəllim yoxdur. Ümumiyyətlə müəllim heyəti elə düşünür, elə rəftar edir ki, sanki əvvəlki illərdəki rahat şəraitdir, heçbirşey olmayıb. Nə müharibə və pandemiya… Nə
17 bal limiti leğv olunur nə də ən xırda güzəşt
Üstəlik indi vəziyyət birazda qəlizləşib. Müəllimlər bir dərsdə 3-4 dərs kecir. Necə gəldi, əsas odur dərs proqramlarını çatdırmış olsunlar. Heç tələbə bunu necə qavrayar deyə bir düşüncə də yoxdur…Təəsüf ki, bununla da bitmir. Ağa başına, kül başına tədris etdikləri dərsin teqdimat ve midtermini ciddi sekilde teleb edirler.”Guya leğv olunan” labarotoriya derslerində istirak etmirikse qaib yazlır. Bir tələbə dərsi anlamadığı barədə nəsə haqlı irad bildirdikdə təcili şəkildə müdiriyyətə özlərinə sərf edən formada çatdırılır. Onlar da guya adekvat cavab addımı atırlar. Həmin tələbələrə imtahanda sıxışdırmaq barədə hədə-qorxu gəlirlər. Bu qədər çətinliklərə rəğmən kurs işi də ləğv olunmayıb. Üstəlik 4 ildir verilen suallar da verilmir.Hazırda imtahana düşəcək suallar və yaxud mövzular da verilməyib. Qeyd edim ki, ADNSU-da imtahanlar test üsulu ilə deyil yazılı şifahi formadadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.