Adını tarixə yazan qəhrəman – Həzi Aslanov

24.09.2019 – cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında vətənpərvərliyin təbliği ilə əlaqədar Böyük Vətən Müharibəsinin qüdrətli sərkərdələrindən biri , iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general – mayoru, xalqımızın rəşadətli oğlu Həzi Aslanova həsr olunmuş “ Adını tarixə yazan qəhrəman ” adlı mövzu gecəsi keçirildi. MKS – nin işçilərinin, ümumtəhsil məktəblərinin müəllim və şağird kollektivinin, 3 saylı musiqi məktəbi kollektivinin, ziyalıların,fəal oxucuların qatıldığı tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq iştirakçıları salamladı. Gecədə kitabxanaçı Vüsalə Mustafayeva mövzu ilə əlaqədar kiçik bir məruzə ilə çıxış etdi, general Həzi Aslanovun həyatı və keçdiyi şərəfli yolu haqqında iştirakçılara məlumat verdi. Sonra tədbirdə iştirak edən ziyalı fəallar çıxış edərək II Dünya müharibəsində verdiyimiz qurbanlar, faşizm üzərində qələbədə xalqımızın rolu, görkəmli sərkərdəmizin göstərdiyi misilsiz şücaətlər və aldığı titullar haqqında danışdılar və onun keçdiyi şanlı döyüş yolunun gənclərimiz üçün böyük örtnək , qəhrəmanlıq məktəbi olduğunu vurğuladılar. Bəli , Vətən Milli Qəhrəmanlarımız Mübariz İbrahimov, Təbriz Xəlilbəyli, Fərid Əhmədov, Maşallah Abdullayev və.s oğullarının sayəsində Vətəndir. Gecənin sonunda iştirakçılar “ Qəhrəmanlarımızı tanıdaq ” adlı sərgi ilə tanış oldular və Həzi Aslanova həsr olunmuş “ Dəmir atlı cənğavər ” adlı filmi izlədilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.