ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ikinci qəbul ili buraxılışlarının Məzun günü tədbirləri İzmirdə Ege Universitetində keçirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında məzunları, ailələrini və dörd il boyunca tələbələrin formalaşmasında xüsusi rolu olan müəllimləri təbrik edərək, layihənin ölkənin kənd təsərrüfatı istiqamətində əhəmiyyətini vurğulayıb.

Tədbirdə Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərov çıxış edərək məzunları təbrik edib, həmçinin dövlət nəzarətində olan bu proqramın uğurla davam etdiyini və tələbələrin yüksək ixtisasçı kimi formalaşmalarında rolunu qeyd ediblər.

Ali akademik göstəricilərinə görə Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin birincisi Nigar Bayramova, ikincisi Əli Məmmədov və üçüncüsü Tamara Heydərova olub. Dərəcəyə girən hər üç məzun ADAU rektoru Zəfər Qurbanov tərəfindən fəxri fərmanla təltif edilib. Həmçinin, fakültə birincisi Nigar Bayramovanın adı fakültənin fəxri kötüyünə həkk olunub.

Sonra təntənəli konsert proqramı və atəşfəşanlıqla tədbir yekunlaşıb.

ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar
ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.