ADAU tələbələri beynəlxalq aksiyada iştirak ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Almaniyanın ictimai təşkilatı “Terschutz Entwieklung-shitfee V” və tanınmış “Foundation Brigita Bardot” fondları tərəfindən təşkil olunan genişmiqyaslı beynəlxalq aksiyada iştirak ediblər.
Belarusiya, Rusiya, Amerika, Bolqarıstan, Almaniya, İspaniya və Avstriyanın qoşulduğu aksiyada Baytarlıq təbabəti fakültəsinin V kurs tələbələri Leyla Namazova və Aynur Dibirova, III kurs tələbələri Ülvi Zamanlı, Cəlil Rzazadə və Hüseyn Məmmədov, IV kurs tələbəsi Yelena Drebezqova, I kurs magistr tələbəsi Olesya Drebezqova və təlimçi Yaqub Qafarov ölkəmizi layiqincə təmsil ediblər.
Beynəlxalq tədbir çərçivəsində tələbələrimiz öz bilik və təcrübələrini bölüşərək, heyvanların sağlamlığı və rifahı uğrunda əhəmiyyətli işlər görüblər. Azərbaycan tələbələrinin iştirakı təkcə onların peşəkar inkişafına deyil, həm də ölkəmizin baytarlıq sahəsində qlobal səylərdə aktiv iştirakını təmin edir.
Tədbirin əsas məqsədi evsiz heyvanların qısırlaşdırılması və onların həyat şəraitinin yaxşılaşdırılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.