ADAU Tələbələri Azərbaycan Tələbələrinin II Qurultayında iştirak edib

21 dekabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tələbələrinin II Qurultayı təşkil olunub.
Qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Qurultayda  baş nazirin müavini Əli Əhmədov, Təhsil Naziri Ceyhun Bayramov, ATGTI-nin sədri Şahin İsmayılov və tələbələr çıxış edib. Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub. Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub. Qurultay tələbələrin ifasında hazırlanmış konsert proqramı ilə başa çatıb.

Qurultayda iştirakçıları arasında  ADAU-nun  Aqrar İqtisadiyyat    fakültəsinin 3 kurs tələbəsi Fuad Cəfərli də olmuş, bu mötəbər tədbirdən  təəssüratlarını bizimlə bölüşmüşdür.

.-21 dekabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tələbələrinin II Qurultayı təşkil edilib. Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbələridə Azərbaycan Tələbələrinin II Qurultayında uğurla iştirak edib. Mən həmin Qurultayın keçirilməsindən böyük zövq aldım. Birinci Vitse-Prezidentimiz, Mehriban xanım Əliyevanın təbrik məktubu mənə əlavə motivasiya verdi. Həmçinin, Təhsil naziri, Dövlət nümayəndələrinin və digər ziyalılıların çıxışları mənim üçün əlavə təcrübə oldu. Qurultayın ikinci hissəsi möhtəşəm konsert proqramı ilə davam etdi və izləyicilərin alqışına və marağına səbəb oldu. Həmin çıxışlar zamanı istedadlı tələbələr öz bacarıqlarını nümayiş etdirdilər. Fəxr olunasıdır ki,  Azərbaycanın çox istedadlı Gəncliyi var. Bu cür mötəbər Qurultay və Konfransların keçirilməsi biz Gənclik üçün atılmış gözəl addımdır. Mən də bir tələbə kimi bu Qurultayı təşkil edənlərə öz təşəkkürümü bildirəm.- gənc Fuad bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.