ADAU Oğuz və Ağcabədi rayonlarında keçirilən Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub

16 və 22 Sentyabr tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı Oğuz və Ağcabədi rayonlarında Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

Festival və Yarmarkaların əsas məqsədi fermerlərin sertifikatlı və rayonlaşdırılmış toxumlarla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verməkdir.

Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsulları nümayiş olunub. Fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər” mövzusunda panel müzakirə təşkil olunub.

Sözügedən hər iki tədbirdə Azərbaycan Dövlət Aqrar Universiteti də toxum sortları və müxtəlif aqrar məhsullardan ibarət stendi ilə təmsil olunub.

ADAU Oğuz və Ağcabədi rayonlarında keçirilən Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub
ADAU Oğuz və Ağcabədi rayonlarında keçirilən Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub
ADAU Oğuz və Ağcabədi rayonlarında keçirilən Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub
ADAU Oğuz və Ağcabədi rayonlarında keçirilən Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub
ADAU Oğuz və Ağcabədi rayonlarında keçirilən Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.