ADAU-nun üzümçü alimləri samuxlu sahibkarlara təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, kafedranın dosentləri Məhsəti Ələkbərova və Sevil Abduləliyeva Samux rayonunun ərazisində üzümçülüklə məşgul olan kiçik fermer təsərrüfatının sahibləri ilə görüşüb, onları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətiriblər.

Məhsəti Ələkbərova “Üzüm bitkisində əlverişsiz mühit şəraitinin təsirinin aradan qaldırılması yolları” mövzusunda, Sevil Abduləliyeva isə “Bar verən üzümlüklərdə budama və quru bağlamanın aparılma qaydaları” mövzusunda təlim aparıblar. Təlimlər üzümlük sahələrində qarşılıqlı diskusiya şəklində davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.