ADAU-nun tələbəsi Yay Festivalında iştirak edib

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisində “YayFest – gənclər düşərgəsi” 14-18 iyul tarixlərində baş tutmuşdur.

Düşərgədə Azərbaycan Dövlət Aqrar Universitetin Aqronomluq Fakultəsinin 1 kurs tələbəsi Orxan Məmmədov iştirak etmişdir.

Düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında vətənpərvərliyin, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir. 5 gün davam edən “YayFest”də Bakıdan və regionlardan müsabiqə əsasında seçilmiş 500-dən çox gənc iştirak etmişdir Düşərgənin ilk günündə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə gənclərin təşəbbüsü ilə kütləvi fləşmob keçirilib, Ulu Öndərin Qusar rayonunda ucaldılmış abidəsi ziyarət olunmuşdur.

Düşərgənin gedişatında “Azərbaycançılıq”, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirə və görüşlərdə müzakirələr aparılıb. Həmçinin iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi fəaliyyətlərə cəlb olunmuşdur. Hər günün sonunda gənclər üçün estrada ulduzlarının iştirakı ilə xüsusi konsert proqramı və kino nümayişi təşkil olunmuşdur. Layihə çərçivəsində gənclər üçün kütləvi hərbi-hazırlıq təlimləri təşkil olunmuşdur. Təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdirilmişdir. Gənclər düşərgəsində təlim, seminar, mühazirə və görüşlərə müxtəlif ekspertlər, dövlət rəsmiləri, təlimçilər, tanınmış incəsənət xadimləri, media nümayəndələri qatılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.