27-30 Noyabr 2019 -cı il tarixlərində 130 ölkədən 90.000-dən çox kənd təsərrüfatı sənayesi mütəxəssisinin iştirak etdiyi 19-cu Beynəlxalq İstixana, Kənd Təsərrüfatı Texnologiyaları və Heyvandarlıq sərgisi baş tutmuşdur.
Sərgidə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakultəsinin 2 kurs tələbəsi Orxan Məmmədov iştirak hüququ qazanmışdır. İstixana sənayesində dünyanın ən böyük sərgisi olan Growtech 2019 hər il dünyanın kənd təsərrüfatı sənayesi üçün beynəlxalq görüş nöqtəsi hesab olunur.
Türkiyənin kənd təsərrüfatı istehsalı və ixracının ürəyi olan Antalyada təşkil edilən Growtech İstixana və Texnologiyalar, Kənd Təsərrüfatı Texnologiyaları və Avadanlıqları, Suvarma Sistemləri, Toxum yetişdirmə, Ağac yetişdirilməsi, Bitki Mühafizəsi, Bioloji İdarəetmə aparıcı şirkətlərinin iştirakı ilə reallaşır. Bu il 30-dan çox ölkədən 850-dən çox aparıcı şirkət və marka sərgilənmişdir.
Orxan Məmmədov sərgidə iştirak etdiyi müddətdə müxtəlif görüşlər həyata keçirmişdir. Belə ki, 19-cu Beynəlxalq İstixana, Kənd Təsərrüfatı Texnologiyaları və Heyvandarlıq Sərgisi- Growtech 2019 direktoru Engin Er və Marketinq üzrə baş menecer Aynur Turanla görüşərək ölkəmizin tarixi, kənd təsərrufatı, mədəniyyəti xüsusilə Nizami yurdu olan Gəncə haqqında və təhsil aldığı Azərbaycan Dövlət Aqrar Universitetinində yaradılan şərait, haqqında ətraflı məlumat vermişdir.
Sonda Gəncənin tarixini əks etdirən suveneri və Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım kitabını Growtech 2019 direktoru Engin Er-ə hədiyyə etmişdir. Məlumat üçün bildirək ki, Orxan Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyinin dəstəyilə Türkiyədə keçrilən sərgidə iştirak etmişdir.