Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsinin tələbəsi Vəliyev Ruslan Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin Rektoru Necdet Budak ilə görüşüb.
Ruslan Vəliyev ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırıb, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası və tədris prosesi haqqında geniş məlumatlar verib.Universitetde Aqronomluq,Baytarlıq və Zoomühəndislik,Aqrobiznes və İdarəetmə,İqtisadiyyat,Mühəndislik və Aqrotexnologiya fakultələrinin olduğunu bildirib. Həmçinin ADAU-da olan pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə evləri haqqında söhbət açıb.
Sonda Ruslan Vəliyev Rektor Necdet Budaka ADAU-nun tarixini və inkişaf yollarını əks etdirən kitab hədiyyə edib.