ADAU-nun tələbəsi beynəlxalq forumda iştirak edib

ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında “Agtech and Green Energy” beynəlxalq forumu baş tutub.

Forumda Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq Fakultəsinin 1 kurs tələbəsi  Orxan Məmmədov iştirak edib.

Tədbirdə ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna ümumilikdə dünyanin 15 ölkəsindən 40 dək xarici mütəxəssis və bir çox ölkələrdən sahibkarlar, elm xadimləri və qonaqlar iştirak edib. Orxan Məmmədov forum müdətində “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Siyasətin təsiri”, “Kənd Təsərrüfatının Rəqəmsal dönüşümü”, “Kənd Təsərrüfatı sahəsində yeni informasiya texnologiyalarına keçid”, “Dünyada və Azərbaycanda kənd təsərrüfatı sektorunda yenilikçi İKT texnologiyalarının mövcud istifadə”, “Azərbaycanda aqro-sənaye komplekslərində müasir İKT texnologiyalarına çıxış” panellərdə iştirakçı qismində olub.

Orxan Məmmədov: “Gələcəkdə aqrar sahə mütəxəssisi olmaq istəyən bir tələbə kimi mən Forumda iştirak edərək aqrar sahədə bir çox yeniliklərdə xəbərdar oldum. Azərbaycanda ilk dəfə keçrilən belə tədbir çox böyük əhəmiyyətə malikdir. Aqrar sahə haqqinda aldiğim yeni məlumatları gələcəkdə tətbiq edəcək və daim ölkəmizdə aqrar sahənin inkişafı üçün çalişacağam .Mən əminəm ki, Gələcəkdə Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək.”

Daha sonra tələbə forumda iştirak etdiyi üçünAzərbaycan Dövlət Aqrar Universitetinin Rektoru İbrahim Cəfərova öz təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.