ADAU-nun tələbəsi Ruslan Vəliyev Almaniyanın məşhur televiziya kanallarının birinə müsahibə verdi-Ölkəmizi xaricdə təmsil etməkdən qürur duyuram!

ADAU-nun 4-cü kurs tələbəsi Ruslan Vəliyev Almaniyanın Nürnberg şəhərində yerləşən məşhur televiziya kanallarının birinə müsahibə verib. Bu haqda məlumatı Ruslan Vəliyev portalımıza göndərib.

Müsahibəni olduğu kimi sizə təqdim edirik.

– Sizi Almaniyanın Nurenberg şəhərində görməkdən çox şadıq! İlk əvvəl bizə şəxsiniz haqqında məlumat verməyinizi və ölkəmizdə hansı məqsədlə səfərdə olduğunuzu bilmək istəyirik. Həmçinin, bizə Azərbaycan haqqında və xüsusilə də paytaxt Bakı şəhəri haqqında məlumat verməyinizi xahiş edirik.

– Mən ilk növbədə sizə öz təşəkkürümü bildirirəm və sizin xalqınızın, həmçinin, sizin ölkənizdə yaşayan azərbaycanlıların qarşıdan gələn Yeni İl bayramını ürəkdən təbrik edirəm! Mən, Vəliyev Ruslan Elşad oğlu, 21 yaşım var, Gəncə şəhərində yaşayıram, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Azərbaycan Dövlət Aqrar Universitetində Menecment ixtisası üzrə təhsil alıram. Universitet Gəncə şəhərində yerləşir. Hal-hazırda Odlar Yurdu Gənclər İctimai Birliyində baş katib olaraq çalışıram. 4 ildir ki, ictimai fəaliyyətim vardır, fəal gəncəm. Sizin ölkəniz həqiqətən çox gözəldir, mən və dostlarım sizin ölkənizi və Nürnberg şəhərini çox bəyəndik! Bildirmək istəyirəm ki, biz 2-9 dekabr tarixlərində Almaniyanın Virzburq şəhərində keçirilən Odlar Yurdu Gənclər İctimai Birliyinin tərəfdaşı olduğu və 7 ölkədən (Almaniya, Ruminiya, Macarıstan, Makedoniya, Bolqarıstan, Türkiyə və Azərbaycan) 42 nəfər iştirakçının qatıldığı “Communication lab” adlı Erasmus+ layihəsində iştirak edirik. Bu gün artıq layihənin 4-cü günüdür və biz artıq Almaniyanın bir çox şəhərlərində olmuşuq ki, bunlardan da ən çox bəyəndiyimiz Frankfurt və Nürnberg şəhərləri olub. Biz layihə müddətində bir çox təlimlərə qatılırıq, ekskursiyalar edirik və ən əsası faydalı məlumatlar əldə edirik. Cənab, bildirmək istəyirəm ki, sizin paytaxt Bakı haqqında məlumat istəməyiniz məni çox sevindirdi. Mən sizin sualınıza cavab verməyə şad olacam. Azərbaycanımız haqqında və paytaxt Bakı haqqında məlumat istəməyiniz məni çox sevindirdi. Mən sizin sualınıza cavab verməyə şad olacam. Bildirmək istəyirəm ki, biz layihənin 2-ci günü Azərbaycanımız haqqında və paytaxtımız Bakı şəhəri haqqında təqdimat ilə çıxış etdik.Təqdimatda biz Azərbaycan Respublikasının milli geyimləri, yeməkləri, adət və ənənələri, həmçinin, tarixi haqqında geniş məlumat verdik. Mən bu məlumatları sizə də çatdırmağı özümə borc bilirəm. Respublikamızda 10 milyon əhali yaşayır, ölkəmiz tolerant ölkədir. Bizim ölkədə ötən ayda dünya dini liderlərinin toplantısı keçirilmişdir. Onu da qeyd edim ki, dünya ölkələrinin əksəriyyətinin üzv olduğu Qoşulmama hərəkatına ölkəmiz 3 il müddətində sədrlik edəcək. Bu böyük toplantı da məhz paytaxt Bakıda keçirildi. Bizim ölkəmizdə daha böyük tədbirlər də həyata keçirilir, biz mötəbər forumlara ev sahibliyi edirik. Bundan başqa, bildirmək istərdim ki, Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti ilə fərqlənir. Ölkəmizin müharibə şəraitində olmasına və torpaqlarımızın 20%- nin işğal altında olmasına baxmayaraq, ölkəmiz hər gün inkişaf edir və güclənir! Biz cənab prezidentimizin, ali baş komandanımızın uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın tez bir zamanda azad olunacağına əminik. Çünki, cənab prezidentin mənim kimi milyonlarla əsgəri var və biz hər sahədə öz gücümüzü göstəririk. Bu gün Azərbaycan gəncliyi beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir. Sizin məlumat almaq istədiyiniz paytaxt Bakı şəhəri isə hər keçən saat daha da gözəlləşir və böyüyür. Bu gün Bakı qədim tarixin və müasir tarixin qovuşduğu ən möhtəşəm məkandır.

– Çox gözəl! Dəyərli məlumatlarınız üçün çox sağ olun. Azərbaycan gəncliyinin sizin kimi güclü və inamlı olması çox xoş haldır, mən sizə gələcək işlərinizdə uğurlar arzu edirəm!

-Siz də sağ olun, mən də sizə öz təşəkkürümü bildirirəm! Ölkəmizi xaricdə təmsil etməkdən qürur duyuram!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.