ADAU-nun fakültələrində Novruz bayramının sevinci yaşanıb
Hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində Novruz bayramı böyük təntənə ilə keçirilib. Qədim və tarixi köklərə söykənən Novruz bayramı könül açıqlığı ilə yaddaşlara yazılıb.
Aqronomluq və Mühəndislik fakültələrində keçirilən bayram şənliyində müəllim və tələbələr yenə bir araya gəlib, bir-birilərinə ən səmimi arzularını çatdırıblar. Tələbələr Novruza aid səhnəciklər göstərib, musiqi sədaları altında rəqs edib, mahnılar oxuyub, şerlər söyləyiblər.
Şənlik Novruz tonqalı ətrafında şən musiqilərlə davam edib.