ADAU-nun alimlərinin Yevlaxda keçirdiyi təlimdə problemlərin həllinə aydınlıq gətirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin  Aqronomluq fakültəsinin alimləri Yevlax rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində bir qrup fermerlə təlimdə olub, elmi tövsiyələr veriblər.

Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədov dənli taxıl bitkilərinin becərilmə texnologiyası və vegetasiya müddətində optimal şəraitin yaradılması, kafedranın baş müəllimi Ramiz Əsgərov bitkilərin xəstəlik törədiciləri və zərərvericiləri, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Elxan Allahverdiyev torpağın payız əkinlərinin necə yerinə yetirilməsi və yaz səpinlərinə hazırlanması, torpaqşünaslıq və aqrokimya kafedrasının assistenti Vəfa Verdiyeva torpaqların qida maddələri ilə təmin olunma dərəcəsi və torpaq analizləri vacibliyi barədə ətraflı məlumatlar səsləndiriblər.

Təlim dialoq formasında, işgüzar şəraitdə keçib. İştirakçıların suallarına aydınlıq gətirilib, problemlərinin həlli barədə ətraflı məsləhətlər verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.