ADAU ilə Eskişehir Teknik Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Eskişehir Teknik Universiteti arasında onlayn keçirilən görüşdə “Mevlana” proqramı və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumun məqsədi gələcəkdə ikili diplom proqramlarının hazırlanması, təhsil proqramlarının inkişaf etdirilməsi, akademik məlumatların və materialların qarşılıqlı mübadiləsi olub.

İclasda çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, iki universitet arasında qarşılıqlı əməkdaşlıq xüsusilə Mühəndislik ixtisasında təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ciddi töhfələr verəcəkdir.

Eskişehir Teknik Universitetinin rektoru Tuncay Döğeroğlu qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu vurğuluyaraq söyləyib ki, əsası 2018-ci ildə qoyulan Eskişehir Teknik Universiteti qısa zaman ərzində 5 fakültə və 12000-dən çox tələbə, 660-dan çox isə akademik heyətə sahibdir.

Görüşdə ADAU Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Küşvər Məmmədova, Tədris şöbəsinin müdiri Elay Zeynallı, Eskişehir Teknik Universitetinin prorektoru Gürsoy Arslan və  digər iştirakçılar çıxışlar edərək, gələcək əməkdaşlıq sahələri və perspektivlərdən danışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.