Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə çıxş edən ADAU-nun rektoru Zəfər Qurbanov hər iki universitet arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, bu proqram həm tələbələr, həm də professor-müəllim heyəti və tədqiqatçılar üçün faydalıdır.
Ege Universitetinin rektoru Necdet Budak ikili diplom proqramının gedişindən məmnunluğunu bildirərək, proqramın davamlı olmasını arzulayıb.
Daha sonra Zəfər Qurbanovla Necdet Budak arasında ADAU-EGE ikili diplom proqramının növbəti 4 il üçün uzadılması ilə bağlı müvafiq sənədlərə imza atılıb.