ADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində 3 yeni dərslik və dərs vəsaitinin təqdimatı keçirilib.

Nəşrlər Elektrik mühəndisliyi kafedrasının əməkdaşları Elçin Atayevin “Elektrik intiqalı”, Bəhruz Əliyevin “Sahə texnologiyası” və Rasim Paşayevin “Kənd təsərrüfatında elektrik avadanlıqları” adı ilə dərc olunub.

Təqdimat mərasimində çıxış edən Universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsi əməkdaşlarının elmi-nəzəri fəaliyyətlərini yüksək qiymətləndirib. Rektor bununla yanaşı elmi-tədqiqat işlərinin də sayının artırılmasını, bu istiqamətdə universitetdə atılan addımları diqqətə çatdırıb.

Sonra ADAU əməkdaşları Camaləddin Məmmədov, Siyasət Məmmədov və Fəxrəddin Yusibov çıxış edərək kitabın “elektrik və elektronika mühəndisliyi”, “energetika mühəndisliyi”, “aqromühəndislik” və “proseslərin avtomatlaşdırılması” ixtisaslarının tələbələri üçün əhəmiyyəti barədə məlumat veriblər.

ADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olubADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olubADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olubADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olubADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olubADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.