Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qəhrəmanını tanı” layihəsinin növbəti tədbiri keçirilib.
Tədbir çərçivəsində universitet tələbələrinin Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşü təşkil olunub.
Görüşdə çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bu cür layihələrin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə, tariximizi və qəhrəmanlarımızı tanımaqda mühüm rol oynadığını bildirib. O, gənclərin vətənə, dövlətə və millətə olan sevgisinin və bağlılığının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qazilər və müharibə iştirakçıları çıxış edərək öz döyüş xatirələrini bölüşüb, gənclərə vətən sevgisi və vətənə bağlılıq haqqında fikirlərini çatdırıblar.