Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan Spartakiada başa çatıb.
Universitet əməkdaşları arasında 6 idman növü üzrə keçirilən Spartakiada aprel ayının 3-20 arasında keçirilib. 8 komandanın iştirakı ilə keçirilən yarışlarda voleybol idman növü üzrə I yerin sahibi “İqtisad”, II yerin sahibi “Aqronom”, III yerin sahibi isə “Mühəndis” komandası olub.
Stolüstü oyunlarda komandalar iki kişi, bir qadın idmançı ilə təmsil olunublar. Tennis idman növü üzrə I yeri “Mühəndis”, II və III yerləri isə “Torpaqşünas” və “Aqrotexnologiya” komandaları tutub. Şahmat üzrə qalib komanda “Mühəndis” II və III yerləri isə “Torpaqşünas” və “İqtisad” komandaları layiq görülüb. Spartakiadanın dama idman növü üzrə I yerə “Mühəndis” II və III yerləri isə “Aqrotexnologiya” və “İqtisad” komandaları çıxıb.
Yalnız kişilərdən ibarət nərd yarışmasında I yeri “Mühəndis” II və III yerləri isə “Aqronom” və “İqtisad” komandaları layiq görülüb.
Nəhayət futzal üzrə kişilər arasında dairəvi sistem üzrə keçirilən yarışın qalibi “Mühəndis” komandası, II yerə “Aqrobiznes”, III yerə isə “İqtisad” komandası çıxıb.
Mükafatlandırılma mərasimində iştirak edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov iştirakçıların hər birinə uğurlar arzu edərək, bu cür yarışların keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda qaliblər kubok və fəxri fərmanlarla mükafatlandırılıb.