ADAU-da təlimçilər üçün təlimlər davam edir
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə Azərbaycan Dövlət Aqrar Univeristetində (ADAU) müəyyən edilmiş qruplar üzrə təlimçilər üçün təlimlər davam edir. Növbəti təlim Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Gəncə və Kürdəmir Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin əməkdaşları üçün olub.
Qeyd edək ki, 2019-cu ilin 27 fevral-1 mart tarixlərində keçirilən təlimlərə 80-ə yaxın iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunur.
ADAU-da təlimçilər üçün təlimlər davam edir
