ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə karyera planlamasına dair seminar keçirilib. Seminarda bildirilib ki, bu gün tələbələrin karyerası, gələcəyiniqurması  əsas məsələlərdən biridir.

Seminarda təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Anar Hətmov ADAU-da karyera məkəzinin yaradılmasını diqqətə çatdırıb. Bildirib ki, bu mərkəz tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardımçı olan struktur bölmədir. Mərkəzin fəaliyyətinin əsasistiqaməti təlbələrin və məzunların məğulluğunun təmin olunmasında dəstək göstərmək və kömək etməkdir.

Karyera mərkəzinin direktoru Anar Abbasov seminar iştirakçılarına mərkəzin fəaliyyət istiqamətlərindən, mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasından, işlə bağlı müraciətlərin idarə olunmasından, uğur əldə etmiş iş adamları ilə görüşlərin təşkilindən, peşəkar məsləhətlərinin verilməsindən, universitetdaxili və xarici qrumlarla münasibətlərdən danışıb, CV-lərin düzgün hazırlanmasının qaydalarnı izah edib.

ADAU-nun məzunu, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə isə karyera qurmasında təcrübəsini tələbələrlə bölüşüb. Qeyd edib ki, ictimai  fəaliyyət sahəsində xüsusi fərqləndiyimə görə gənclər üçün prezident mükafatı ilə təltif edilmişəm.Mənə verilən bu mükafat “ictimai fəallığımı motivasiya edən və daha çox fəal olub işlər görməyimə dəstək olacaq ən böyük dəyərdir.Bu günə qədər  100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı (koordinator) olaraq fəaliyyət göstərmişəm. 20-ə yaxın ölkədə keçirilən beynəlxalq layihələrdə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm. Mən bu günün tələbələrinə də gələcək karyerasında daha fəal və diqqətli olmağı tövsiyyə edirəm.

Bildirək ki, bu cür seminarlar davamlı olacaq, tələbələrə məqsədlərinin gerçəkləşməsi üçün gərəkli dəstək göstəriləcəkdir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.