ADAU-da “Qərbi Azərbaycana qayıdış” mövzusunda dəyirmi masa təşkil edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.

Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Milli Məclisinin deputatları Məlahət İbrahimqızı, Mahirə Hüseynova və Pərvin Kərimzadə, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, professor-müəllim heyəti və fəal gənclər iştirak ediblər.

Çıxış edən Zəfər Qurbanov qonaqları salamlayaraq, Qərbi Azərbaycana qayıdışın milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırır və ADAU olaraq, gənclərimizi bu istiqamətdə maarifləndirmə işini daim diqqət mərkəzində saxlamalıyıq.

Daha sonra Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək, Qərbi Azərbaycana qayıdışın təkcə siyasi deyil, eyni zamanda tarixi və mədəni aspektlərdən də mühüm məsələ olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Mahirə Hüseynova Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin bizim əsas vəzifələrimizdən biri olduğunu qeyd edib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və belə görüşlərin YAP Gəncə şəhər təşkilatında keçirilməsindən məmnunluq duyduğunu dilə gətirib və tədbirin əhəmiyyətindən danışaraq, Qərbi Azərbaycana qayıdışın xalqımız üçün milli hədəf olduğunu bildirib.

Çıxış edən deputat Pərvin Kərimzadə görüşlə bağlı fikirlərini bölüşərək, Qərbi Azərbaycana qayıdış ideyasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Dəyirmi masada iştirak edən ADAU-nun Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin rəhbəri Əlimuxtar Muxtarov, Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının müdiri Zahir Ələsgərov və digər iştirakçılar çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda Mahirə Hüseynova özünün “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik-etimoloji təhlili” və “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid aktları” adlı kitablarını tədbir iştirakçılarına təqdim edib.

ADAU  “Qərbi Azərbaycana qayıdış” mövzusunda dəyirmi masa təşkil edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.