ADAU-da MATE professorları tərəfindən elmi-praktiki təlimlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “Agro Dairy” şirkətinin birgə təşkilatçılığı ilə Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən (MATE) dəvət olunan mütəxəssislərin iştirakı ilə elmi-praktiki təlimlər həyata keçirilib.

İki günlük proqram çərçivəsində ADAU-da keçirilən seminar və “Agro Dairy” şirkətinin təsərrüfatında baş tutan sahə təlimlərində iştirakçılara bitki mühafizəsi, alaq otlarının identifikasiyası, xəstəliklərin izlənməsi və müasir mübarizə üsulları barədə əyani və nəzəri bilgilər verilib.

Təlimlər tələbələr, müəllim heyəti və sahə mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb və elmi biliklərin istehsalatla uzlaşdırılması baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.