ADAU-da internet televiziya fəaliyyətə başladı

ADAU-da internet televiziya fəaliyyətə başladı. Etmtv. news xəbər verir ki, bu barədə fasebook səhifəsində Aqrar Universitetin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov məlumat paylaşıb. 

“Çox qısa bir zamanda biz qoyduğumuz hədəfə çatdıq. İdeya və layihənin rəhbəri olmağıma baxmayaraq, ADAU TV internet televiziyasının ərsəyə gəlməsində, başda İbrahim müəllim olmaqla, bütün ADAU kollektivinin, xüsusilə Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşlarının əvəzolunmaz və böyük zəhməti oldu. Bu müddət ərzində cənab rektor demək olar ki, gecəli-gündüzlü  bizim yanımızda oldu. Ən xırda prosessi belə diqqətdən kənar qoymadı. Cənab Nazir İnam Kərimovun diqqəti, şəxsən ADAU TV-nin studiasının açılışında iştirak edərək, kollektivə uğurlar arzulaması da bizim üçün böyük stimul oldu. Həm bir vaxtlar ölkədə internet televiziyasının əsasını qoyanlardan biri kimi, həm də bir rəhbər kimi göstərdiyi diqqətə görə Vüqar müəllimə səmimi qəlbdən minnətdaram. Hər zaman yanımızda olmanız bizim üçün çox böyük motivasiya mənbəyidir. Sözü çox uzatmaq istəmirəm. Sadəcə onu deyim ki, bu hələ aysberqin görünən üzüdür. Görəcəkləriniz qarşıdadır! ADAU TV internet mediasına günəş kimi doğacaq! Nə xoş mənə ki, bu dəryada bir damcı da olsa payım olacaq.” – məlumatda bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.