ADAU-da ilk dəfə “Qumat” mayegübrəsi tətbiq olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) Tədris-təcrübə təsərrüfatında ilk dəfə olaraq müxtəlif sort  bitkilərdə və meyvə bağlarında qumat maye gübrəsinin tətbiqinə başlanılıb.

Universitetin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov bildirib ki, alınmış məhlul türkiyəli mütəxəssislərlə birgə yerli mütəxəssislərin təyin etdiyi qida norması əsasında hazırlanıb. Həmçinin qeyd olunub ki, bu gübrə maye şəklində olduğuna görə bitkinin mineralları daha tez mənimsəməsinə və böyük sahələrdə daha az gübrə sərfiyyatına gətirib çıxarır.

Gübrə tərkibindəki makro və mikro elementlərin zəngin olması ilə də digər gübrələrdən fərqlənir. Yerli mütəxəssislər tərəfindən aparılan təcrübələr nəticəsində belə müəyyən edilmişdir ki, qumat gübrəsindən istifadə məhsuldarlığın artımına 30-35% müsbət təsir göstərir.

Qeyd edək ki, qumat məhlulu çoxlu çeşidə malikdir, lakin, ADAU-da tətbiq olunan maye gübrə sırf bölgənin iqlimi və torpağın şəraiti nəzərə alınaraq hazırlanıb. Əgər tətbiq sahəsi dəyişərsə, gübrənin tərkibi də mütləq yer və iqlim şəraiti nəzərə alınmaqla dəyişməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.