“İctimai elmlər və multikulturalizm” kafedrası bütün ixtisaslar üzrə bakalavriat və magistr hazırlığını həyata keçirir.
Kafedrada bakalavriat səviyyəsində Azərbaycan tarixi, Fəlsəfə, Multikulturalizmə giriş, Politologiya, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, İqtisadi hüquq, Ekoloji hüquq və təbiətdən istifadə hüququnun əsasları, Aqrar hüququ, Torpaq hüququ, İngilis dilində- Azərbaycan tarixi, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Fəlsəfə, Iqtisadi hüquq fənləri Magistratura səviyyəsində isə Azərbaycan Multikulturalizmi, Ali məktəb Pedaqogikası, Psixologya fənləri tədris olunur.
Kafedrada çalışan əməkdaşların sayı 24 nəfər, o cümlədən 20 nəfər professor-müəllim və 4 nəfər laborant-texniki heyətdən ibarətdir. Professor-müəllim heyətinin 3 nəfəri fəlsəfə doktoru dosent, l nəfər dosent əvəzi, 2 nəfər tarix üzrə fəlsəfə doktoru, baş müəllim, 5 nəfəri baş müəllim, 9 nəfəri müəllimdir. Onu da qeyd etmək istəyirəm ki, kafedranın 3 əməkdaşı ingilis dilini mükəmməl bilir və ingilis dilində mühazirə və seminar məşğələləri aparırlar.
Kafedra ali təhsil müəssisəsinin (fakültənin) əsas tədris elm struktur bölməsi olub, bir neçə fənlər üzrə tədris, tədris- metodiki, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını və təhsil alanlar arasmda tərbiyə işlərini həyata keçirir.
Kafedrada tədrisin keyfiyyətinin yüksəldilməsində, habelə tədrisin interaktiv metodlarla aparılması sahəsində, qabaqcıl təcrübənin öyrənilməsində açıq dərslər müstəsna əhəmiyyət kəsb edir. 2018-2019- cu tədris ilinin 1-ci semestr üzrə 11 açıq dərs keçirilmişdir. Açıq dərslərin nəticələri kafedra iclaslarında müzakirə edilərək, qiymətləndirilmişdir. Kafedrada tədris olunan hər bir fənn üzrə mühazirə mətnləri həm elektron variantda, həm də yazılı formada mövcuddur
Magistratura səviyyəsində imtahan test formasmda keçirilmişdir. Kafedraya 2018-2019- cu tədris ilində işə yeni qəbul olunmuş 4 müəllimin -Səfərova Çinarə, Quliyeva Gülmira, Əhmədova Elvira və Əhmədova Türkanm açıq dərsləri keçirilmişdir.
2018-2019-ci tədris ilində kafedrada tədris proqramlarının, sillabuslarm hazırlanması, elektron variantda mühazirə fondunun yaradılması əsas vəzifə kimi müəyyən edilmiş və yerinə yetirilmişdir. Kafedra əməkdaşları tərəfidən bütün fənlər üzrə proqramlar yenilənmiş və qrifalnmışdır.
ADAU Boloniya prosesinə qoşulduqdan sonra təhsildə və tədrisdə yeniliklər etmək zərurəti yarandı. Bunlardan biri də tələbə-müəllim münasibətlərini yeni mərhələdə inkişaf etdirmək olmuşdur. İnteraktiv təlim üsulundan istifadə kafedramızın bir çox müəllimləri tərəfindən ilk gündən həyata keçirilməyə başlandı və bu gün də uğurla davam etdirilir.
Müasir dövrdə tədrisin interaktiv metodlarla aparılması onun keyfıyyətinin yüksəldilməsinin başlıca şərtlərindən biridir. Kafedranın əməkdaşlarının 90 faizi İKT-dən istifadəni bacarır və interaktiv təlim metodundan istifadə edir.
Kafedrada tədris-metodiki işlər sahəsinə metodiki və dərs vəsaitlərinin işlənməsi, açıq və qarşılıqlı dərslərin obyektivlik və yüksək prinsipiallıq şəraitində təşkil edilməsi, nümunəvi mühazirələrin və seminarların keçirilməsi və onların video çəkilişlərinin təşkil edilməsi kimi vəzifələr də daxildir. Hal-hazırda bu sahədə böyük işlər görülməkdədir.
Aqrar iqtisadiyyat fakültəsində 2018-2020- ci illərdə “Aqrar sahədə kooperasiyalaşmanm tarixi mərhələləri, hüquqi aspektləri və onun iqtisadi , təşkilati , idarəetmə, maliyyə, uçot mexanizminin təkmilləşdirilməsi” mövzusunda tədqiqat işinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Kafedrada bu mövzuda elmi- tədqiqat işinin aparılması nəzərdə tutulmuşdur və tədqiqat işi Sovet hakimiyyəti illərində kooperasiyalaşmanm tarixi mərhələləri və hüquqi aspektləri, Dünya ölkələrində kooperasiyalaşma siyasətinin hüquqi əsasları və tarixi nəticələri, Müasir dövrdə Azərbaycanda kooperasiyaiaşma siyasətinin tarixi, hüquqi əsasları və perspektivləri kimi 3 mərhələdən ibarətdir. İşin “Sovet hakimiyyəti illərində kooperasiyalaşmanın tarixi mərhələləri və hüquqi aspektləri” adlı I mərhələsi 2018- ci ildə yerinə yetirilmiş və hesabat hazırlanıb universitetin elm şöbəsinə təhvil verilmişdir.
Tədqiqat ilində görülən işlər nəticəsində bu sahənin tarixi tədqiq edilmiş, sosial-hüquqi bazasının inkişafında görülən işlərdən danışılmışdır. Elmi-tədqiqat işinin nəticələri ümumiləşdirilərək tədqiqatçılar tərəfindən məqalələr şəklində nəşr edilməsi planlaşdırılır.
Universitetin beynəlxalq əlaqələr və elm şöbəsinin köməyi ilə kafedranm beynəlxalq əlaqələri genişlənir. Ümumiyyətlə, kafedranm elmi-tədqiqat və beynəlxalq əlaqələri sahəsində Azərbaycan Respublikasın Prezidenti yanında Elmin İnkişaf Fonduna layihələrin təqdim edilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi və dünyanın tanınmış universitetləri ilə əlaqələrin yaradılması, beynəlxalq mübadilə proqramları çərçivəsində (o cümlədən Fulbright, JuniorFacultyDevelopment və s. proqramlar vasitəsilə) müəllimlərin xarici ölkələrə göndərilməsi kimi qarşıda duran əsas vəzifələr vardır.
Kafedramızda elmi-pedaqoji kadr hazırlığı yüksək səviyyədədir. Kafedranın baş müəllimi Zümrüd Qəhrəmanova “Albaniyanın Uti vilayətinin erkən orta əsr yaşayış məskənləri ” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. Kafedrann müəllimi Çinarə Səfərova Gəncə Dövlət Universitetinin dissertantı qəbul edilmiş və “Türkiyə Cümhuriyyəti – Gürcüstan münasibətləri (1991-2017 ci illər)” mövzusunda elmi iş aparacaqdır. Kafedranın digər müəllimi Türkan Əhmədova Lənkəran Dövlət Universitetinin dissertantı qəbul edilmiş və ” IX-XVII əsrlər Gəncə şəhərinin tarixi ” elmi mövzusunda tədqiqat aparacaqdır.
2018- ci ildə kafedra müəllimləri tərəfindən 20 elmi məqalə respublikada, 41 elmi məqalə xaricdə, 38 elmi məqalə konfrans materiallarında, 3 İnpaktorlu elmi məqalə nəşr olunmuşdur. 1 dərsliyə (Azərbaycan Respublikasmın Konstitusiyası və hüququn əsasları) qrif alınmışdır və çapdadır.
2018-2019- cı tədris ili ərzində kafedra tərəfindən keçirilən tədbirlər universitetin ictimai həyatında öz aktuallığı ilə seçilmişdir.
Bu tədbirlər sırasında “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”, “Bayrağımız qürur mənbəyimizdir”, “Azərbaycan Konstitusiyası dövlətçiliyin əsas meyarı kimi”, “Yeni Azərbaycan Partiyası-qüdrətli Azərbaycan Naminə”, “Dünya Azərbaycanlılarının həmrəylik günü” kimi elmi -nəzəri konfranslar, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasmda Türkiyənin rolu” mövzusunda debat və s. keçirilmişdir.
Son illərdə Universitetin maddi-texniki bazasnın möhkəmləndirilməsi, tədris prosesində informasiya-kommunikasiya texnologiyaların tətbiqi istiqamətində görülən geniş miqyaslı işlər təqdirə layiqdir. Kafedranın əməkdaşları müasir texnologiyalardan tədrisdə geniş istifadə edirlər. Bu da tədrisin interaktiv metodlarla aparılması imkanlarını genişləndirir.
A.M.Bayramov, ADAU-nun Ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor.