Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 2019-cu ildə əldə olunmuş uğurlar, universitetdə görülmüş işlər, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dəyərindən, tarixi mahiyyətindən danışıb və kollektivi bayram münasibəti ilə təbrik edib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova və Milli Məclisin deputatı Naqif Həmzəyev də təbriklərə qoşularaq kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalan 2019-cu ildə ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası əhalinin güzəranı gündən-günə yaxşılaşdığını qeyd ediblər.