Ölkədə kənd təsərrüfatı sahəsində ali təhsilli mütəxəssislər hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Universitetdə imtahanların gedişi ilə bağlı şikayət və təkliflərin operativ araşdırılması ilə məqsədilə imtahan qərargahı, tələbələrə qərargaha onlayn müraciət imkanları yaradılmışdır.
2021-ci il yanvarın 11-dən fevralın 6-dək şifahi formada onlayn keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsinin əyani təhsil formasında 4700, magistratura səviyyəsində 407 tələbə iştirak edir. “Microsoft Teams” proqramı üzərindən keçirilən imtahanların hər birinin videoyazısı aparılır. Bundan başqa, ictimai nəzarəti təmin etmək məqsədilə valideynlər imtahan prosesinə nəzarət etməyə dəvət olunurlar.