ADAU-da 2020/2021-ci il tədris ilinin nəticələri barədə Elmi Şuranın iclası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti iclası keçirilib.

Universitetin Tədris-təcrübə təsərrüfatında pandemiyanın tələblərinə əməl olunmaqla açıq havada keçirilən iclasda 2020/2021-ci il tədris ilinin nəticələri, 2021-ci ildə doktoranturaya qəbul olmuş doktorant və dissertantların mövzularının, kafedra və rəhbərlərinin  təsdiqi, 2020/2021-ci il tədris ilində universitetin magistratura səviyyəsinə 1-ci turda tələbə qəbulunun nəticələri, differensial əməkhaqqının tətbiqi və digər məsələlər müzakirə olunub.

Şuranın sədri, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sosial şəbəkələrdə keçirilən sorğuda “İlin tələbəsi” adına layiq görülən ADAU-nun İqtisadiyyat fakultəsinin məzunu Dinarə Əliyevanı təbrik edərək ona uğurlar arzu edib.

Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunan universitetin bir neçə əməkdaşına döş nişanları təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.