ADAU-da 2-ci Beynəlxalq yay məktəbi başlayıb

2018-ci ilin 16-28  iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) keçirilmiş,  11 ölkənin  ali təhsil müəssisələrindən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq yay məktəbinin universitetin beynəlxalq nüfuzunun artırılması, dövlətimizin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, təhsil müəssisəsində 2019-cu ilin 9-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi,  perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi təşkil olunmuşdur.

Yay məktəbində respublikamızın ali təhsil müəssisələri ilə (17 tələbə)yanaşı, Bolqarıstan (4 tələbə), Çin Xalq Respublikası (1 tələbə), Gürcüstan (3 tələbə), İran İslam Respublikası (1 tələbə), Hindistan (1 tələbə), Qazaxıstan (2 tələbə), Qırğızıstan (2 tələbə), Özbəkistan (1 tələbə), Pakistan İslam Respublikası (1 tələbə), Polşa (1 tələbə), Rusiya Federasiyası (2 tələbə), Türkiyə (4 tələbə), Ukraynanın (2 tələbə)  ali təhsil müəssisələrindən 42 tələbə iştirak edir.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məktəbin təşkilinin əhəmiyyətindən, ötən illə müqayisədə məktəb iştirakçılarının sayının artmasından və coğrafiyasının genişlənməsindən danışıb. Rektor qeyd edib ki, dövlətin dəstəyi ilə tikilmiş və hazırda məktəbin iştirakçılarının yaşadığı tələbə evi, bütövlükdə maddi-texniki bazasının möhkəmləndirilməsi, formalaşmış müasir təhsil mühiti  universitetin beynəlxalq əlaqələrinə də müsbət təsirini göstərməkdədir.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müaviniVəfa Abbasova, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin  Aparat rəhbəri Aqil Quliyev, ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış ediblər.

Yay məktəbinin təşkilinə görə təşəkkürlərini bildirən əcnəbi tələbələr ölkəmizin inkişafını, universitetdə yaradılan şəraiti çox yüksək qiymətləndiriblər.

Yay məktəbi dövründə tələbələrə ABŞ-ın Texas A&M Universitinin professoru Steven Hauge,İllinoys Universitetinin professoru Mohammad Babadoost, BMT-nin Ərzaq və  Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasının,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, aparıcı şirkətlərin və ADAU-nun əməkdaşları tərəfindən ingilis dilində mühazirələr söyləniləcək. Bununla yanaşı, tarixi yerlərə ekskursiyalar, Gəncə ASAN Xidmət  Mərkəzinin fəaliyyəti ilə tanışlıq, Qəbələ rayonuna, Göygölə, habelə aparıcı aqrobiznes şirkətlərinə səfərlərməktəbin proqramının daxil edilmişdir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.