ADAU-da əlillik dərəcəsi olan bir qrup əməkdaşla görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır.

Bu fikirləri 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibəti ilə əlillik dərəcəsi olan bir qrup əməkdaşla görüşdə Universitetin rektoru Zəfər Qurbanov deyib.

Rektor bildirib ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşdırılmasına, onların ictimai hüquqlarının qorunmasına hərtərəfli imkan yaradıb.

Çıxış edən əməkdaşlar yaradılan şəraitə və daim diqqətdə saxlandıqlarına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Əlillik dərəcəsi olan bir qrup əməkdaşla görüş keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.