ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının bir qrup əməkdaşına beynəlxalq sertifikatlar təqdim olunub.

Təqdimat mərasimində ADAU-nun rektoru Zəfər Qurbanov və TCS Company MMC-nin direktor müavini Murad Mehdiyev iştirak edib.

Çıxış edən Zəfər Qurbanov Aqrar Universitetin bütün əməkdaşlarının daim öz üzərində işləməsinin və elmdə baş verən yenilikləri daha sürətli mənimsəməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra “TCS” MMC tərəfindən təşkil olunan “IOSH Managing Safety 5.0”, “Train The Trainer” və “Minimum Industry Safety Training (MIST)” beynəlxalq sertifikatları Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının əməkdaşları – Eldar Zeynalov, Siyavuş Vəliyev, Nemət Hacıyev, Osman Əliyev, Abbas İbrahimov, Şəhla Nuhuyeva, Əsəd Allazov, Aynur Əliyeva, Sevinc Əliyeva və Aynur İbrahimovaya da təqdim olunub.

ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər
ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər
ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər
ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər
ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər
ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər
ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər
ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.