Abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edilib

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

Abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər.

Xidmətə keçid “Şəxsi kabinet”in “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

Arayış nümunələri ilə DİM-in saytında tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.