Yeni il yeni hədəflər, yeni imkanlardır…

… Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin inkişafına verdiyi misilsiz töhfələr 2019-cu ildə xüsusi olaraq qiymətləndirilməlidir. Azərbaycanın Birinci xanımının ölkəmizin ictimai, siyasi, sosial-iqtisadi və digər sahələrdə təkrarolunmaz fədakar fəaliyyəti Azərbaycanın inamla irəlilələməsi, dünyada aparıcı dövlətlərdən birinə çevrilməsində mühüm rol oynamaqdadır.
… Mehriban xanımın vurğuladığı kimi 2019-cu il Azərbaycanın bütün sahələrində uğurlara imza atıldı. “Ölkəmizin həyatında da bir sıra əhəmiyyətli, yaddaqalan hadisələr baş verdi. Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürdü. Azərbaycanda inkişaf davam edir”.
… Birinci Vitse-Prezident ötən il ölkəmizdə bir sıra vacib, mühüm beynəlxalq tədbirlərin, o cümlədən VII Qlobal Bakı Forumu, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Dünya dini liderlərinin II Sammiti keçirilməsini mühüm hadisələr kimi qiymətləndirir.
… Mehriban Əliyevanın Azərbaycanın mədəniyyət hərəkatında başlatdığı məqsədyönlü missiya ölkəmizin maddi-mədəni sərvətlərinin beynəlxalq miqyasda təbliği və təşviqində davamlı nailiyyətlərin əldə edilməsinə səbəb olmuş, 2019-cu ildə Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına salınması zəngin mədəniyyət diplomatiyasının növbəti uğuru olmuşdur. Ötən il Bakı şəhərinin UNESKO-nun yaradıcılıq şəhərlərinin şəbəkəsində yer tutması da uğur salnaməsinin simvollarındadır. Ümumiyyətlə, UNESKO-nun Ümumdünya İrs Siyahısına “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, Qeyri-Maddi Mədəni İrs Siyahısına isə xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi daxil olunması Mehriban xanımın Azərbaycan mədəniyyətinin hamisi olmasının bariz təcəssümüdür.
… 2019-cu ildə Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi də UNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüskarlığının daha bir uğuru hesab edilə bilər.
… Mehriban Əliyeva 2019-cu ildə Azərbaycanın idman siyasətinə verdiyi töhfələr də yaddaqalan və əlamətdar olubdur. Ötən il Milli Gimnastika Arenasında 61 ölkədən 300-dən çox atletin iştirakı ilə bədii gimnastika üzrə Dünya Çempionatının keçirilməsi və Azərbaycan gimnastlarının “Tokio 2020”yə vəsiqə qazanması idman uğurlarımıza rəngarənglik qatdı. “Bizim gənc şahmatçı Aydın Süleymanlı 14, 16 və 18 yaşlı qızlar və oğlanlar arasında dünya çempionatında qələbə əldə edib. Əlbəttə, bu, bizim hər birimizin qəlbini böyük qürur və sevinc hissi ilə doldurur”.
… Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağac əkilməsi respublikamızda həmrəyliyin mühüm bir nümunəsi kimi yadda qaldı.
… Azərbaycanın Birinci xanımı yeni quruculuq əhval-ruhiyyəsi ilə yeni başlayan 2020-ci ildə yeni hədəflərə, imkanlara doğru irəliləyən respublikamızı yeni qələbələr və nailiyyətlər gözlədiyini bildirir: “Yeni il, eyni zamanda, yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Əminəm ki, ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir”.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.