Məktəb ansambllarında yetişən gələcək istedadlar

Məktəb ansamblı… Nə qədər doğrulan və doğrulmayan ümidlər, qəbul edilmiş və edilməmiş istedadlı uşaqlar, onların işinə nə qədər qiymət verən müəllimlər olur bu zaman! İlk al­qışlar, ilk səhnə uğurları və müvəffəqiyyətsizlik də olur… Buna baxmayaraq, Musiqi məktəblərindəki ansamblların iştirakçıları arasında sonralar çoxlu sayda məşhur musiqiçilər yetişir və yetişəcək.

Məktəb ansambllarında gələcək istedadlar, musiqiçilər ilə birlikdə gələcək tamaşaçılar da yetişir. Məktəb səviyyəli an­sambl­larda iştirak edən uşaqlar arasında hamı “isdedadlar” sırasına qatılmır. Lakin, əsl, ağıllı tamaşaçı kimi çoxları yetişir. Bu ansamblların üzvləri sonradan həvəsini ali musiqi təhsil ocaq­larına yönəldir, gələcəyin məşhur musiqiçiləri və musiqi­şünaslarına çevrilirlər.

Könüllü, lakin bacarıqlı uşaqlardan ibarət belə ansambl­ların rəhbərlərinin işi böyükdür. Bir sözlə, “böyük ansambl­lar”­dakı işdən heç də az deyil. Axı rəhbər uşaqlarda “emosiyaları” söndürə və bu emosiyaları böyük bacarığa da çevirə bilər.

Keçirilən məşqlər və səhnədəki ifalar zamanı uşaqlarda səhnə mədəniyyəti inkişaf edir, onları bir növ səhnəyə və ta­ma­şaçıya öyrəşdirir. Uşaqlar tədris otaqlarında öyrəndikləri musi­qi əsərlərini canlı səhnədə ifa edirlər, onların məharəti artır, öyrəndikləri uşaq beyinlərinə hopur, dərin iz salır.

Uşaqları təlimin bu istiqamətinə yönəltmək – məktəblərdə fəa­liyyət göstərən ansamblların rəhbərlərinin əsas vəzifələrin­dən biridir. Çünki uşaqlar bu zaman musiqi əsərlərinə əsl pe­şəkar maraq göstərir və səhnə vərdişləri əldə edirlər.

Musiqi tədrisinin bütün sahələri məktəb ansamblında real təcrübədə tez-tez kəsişir. Bu ansamblı yaratmaq ideyasının özü məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi yolunda böyük və yaradıcı təşəbbüsdür. Müəyyən repertuarı olan ansambl ya­rat­mağa olan cəhdin özü ansamblın rəhbərinə məktəbdəki bü­tün tədris-təlim işinin perspektivlərini dolğun təsəvvür etməyə və tədrisin qarşıya qoyduğu vəzifələrin nəticələrinin daha məq­sədyönlü və uğurlu olmasına kömək edir.

Məşhur musiqi əsərlərinin ifasının məşqləri zamanı əldə olunan təcrübə uşaqların musiqi qabiliyyətini artırır, onların qarşısında əsərin “səhnə sirlərini” açır və incəsənətin şərti xarakteri haq­qında onların təsəvvürlərini böyüdür.

Hazırlanmış musiqi əsərinin və ya onların ayrı-ayrı his­sə­lərinin səhnədə ifa edilməsinin həm ifaçı uşaqlar üçün, həm də onların tamaşaçıları – məktəblilər üçün böyük əhəmiyyəti var­dır. Tamaşaçılar qarşısında edilən ifalar məktəblilərdə öz işinə olan məsuliyyəti artırır, kollektivçilik hisslərini möhkəm­lən­dirir.

Musiqi əsərlərinin kollektiv şəkildə hazırlanması nəinki, sa­dəcə bir iş, həmçinin razılaşdırılmış, yaxşı düşünülmüş kol­lek­tiv işdir.

Ona görə də təsadüfi deyildir ki, məktəblilər ilə sistema­tik iş görən musiqişünas-pedaqoqlar bu işin əsl kollektivçilik tər­biyəsində əhəmiyyətinə böyük qiymət verirlər. Bu, əsl dost­luq və yoldaşlıq hissləridir və çox zaman bu hisslər uzun illər qo­runub saxlanılır.

Ansamblda kollektiv şəkildə hazırlanmış musiqi əsər­lə­ri­nin ifasından sonra bu, ansambl üzvlərini gələcəkdə öz baca­rıq­larının inkişaf etdirilməsinə, bilik və bacarıq səviyyəsini artır­mağa, musiqiçi olmaq arzusu ilə yüksəkliklərə çatmağa inam ilə ansambl üzvlərinin tərbiyəsində yeni imkanları yaradır.

Buna görə də ansambl rəhbərləri məşqlərin təşkil olun­ma­sının bütün sistemini və konsert proqramı ilə səhnədə çıxışın özünü bayram və məsuliyyətli iş kimi uşaqlara təlqin etməkdə səhv etmirlər. Bu, səhnədə özünü istedadlı şagird kimi göstər­məyə can atan bütün şagirdlər üçün həqiqətən də bayram və məsuliyyət tələb edən bir işdir.

Aida Əmrahovanın Gəncə şəhər, 1 saylı Uşaq Musiqi Məktəbinə rəhbərlik etdiyi bu dövr­lər­də təhsil ocağında hər bir ixtisas üzrə ansamblların yaradılması işinə böyük diqqət yetirilmişdir. Bu növ fəaliyyətin musiqi təhsili alan uşaqların bacarıq və qabiliyyətinin daha da inkişaf etdirilməsində  rolunu əsas tutaraq, məktəbin kollektivi bu sahədə böyük işlər aparıb və aparır.

Hal-hazırda məktəbdə təşkil olunmuş ansambllar məktəb­daxili, eləcə də şəhər səviyyəli tədbirlərdə uğurla çıxış edir. Bay­ram və əlamətdar günlərdə tez-tez tamaşaçılar qarşısında rəngarəng konsert proqramı ilə öz bacarığını göstərən şagirdlər üçün bu, möhtəşəm tədbirlər sayılır. Axı, onlar burada püxtə­ləşir, musiqiçi bacarığını inkişaf etdirirlər.

Bu səbəbdən Aida müəllimənin ansambllarla bağlı mək­təbdə gördüyü  işlər bu təhsil ocağındakı təlim-tədris işində əvəz­siz sayılmalıdır. Çünki, təcrübə onu da sübut edir ki, han­sı­sa musiqi əsərini kollektiv şəkildə ifa edərkən uşaqlar şəxsi bə­dii-yaradıcı təşəbbüsü daha dolğun şəkildə göstərir, onların qar­şısında qoyulmuş yaradıcı vəzifə və tapşırıqların öhdəsindən daha şüurlu surətdə gəlirlər.

Bu da təbii haldır ki, burada çox şeyi ansamblların bədii rəh­bərlərinin bu işə olan şəxsi münasibəti də həll edir. Uşaqlar üçün nəticədə nəyin lazım, maraqlı və vacib olduğu iş prose­sin­də özünü göstərir. Əgər pedaqoq və rəhbər uşaqların həvəsini la­zımi istiqamətə yönəldə bilirsə, bu zaman o artıq öz bacarı­ğı­nı sübut edə bilmişdir.

Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin kollektivini tez-tez bayram tədbirlərində görmək olar. Məktəbin ifaçılıq qabiliyyəti ilə seçilən uşaq ansamblları bu tədbirləri, sözün əsl mənasında, ifa etdikləri mahnılarla bəzəmiş, tamaşaçıların ürəkdən gələn alqışlarını qazanmışlar. Məktəbdə fəaliyyət göstərən gənc ifaçılardan ibarət ansambllar Gəncə şəhərinin ərazisindəki hərbi hissələrdə hər il bayram münasibəti ilə konsert proqramları təşkil etmiş, onlara bayram sovqatları çatdırmışlar. Təqdim olunan musiqi nömrələri hərbi qulluqçulara xoş ovqat bəxş etmiş, hərbi hissə komandanlığı bayramı onlarla birgə qeyd etdiklərinə görə həmişə gənc musiqiçilərə minnətdarlığını bildirmişlər. Məktəbin musiqi ansamblları bayram tədbirlərində xalq və bəstəkar mahnıları, aşıq havaları, hərbi-vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Əsgərlər  qonaqlarla birgə rəqs edib, şənləniblər. Bu konsertlər adətən əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanıb. Əsgərlər, zabitlər, eləcə də tədbiri izləyən qonaqlar gənc musiqiçilərin ifa etdikləri bu gözəl və maraqlı konsert proqramlarını rəğbətlə qarşılamışlar.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə, eyni zamanda Novruz bayramı münasibətilə hərbi hissələrdə keçirilən  bayram tədbirlərində fəal iştirak etdiyinə görə məktəbin ansambı üzvləri dəfələrlə fəxri fərmanlarla təltif olunublar.

1 saylı Uşaq Musiqi Məktəbi Gəncə şəhərində keçirilən müxtəlif məzmunlu tədbirlərə də həmişə həvəslə qatılıb. Məktəbin musiqiçiləri həmişə bu tədbirlərə rəng qatır, öz çıxışları ilə bu tədbirləri daha da maraqlı və məzmunlu ediblər. Adətən tədbirə ev sahibliyi edən qurumlar məktəbi təltifnamə və fəxri fərmanlarla təltif edib, onlara öz dərin minnətdarlığını bildiriblər. Bu təltiflərin arasında ”N” saylı hərbi hissələrin komandanlıqları, tədbirlərində iştirak etdiyi təhsil ocaqlarının rəhbərliyi, Gəncə şəhər rəhbərliyinin, eləcə də, Gəncə regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Gənclər və Baş İdman İdarəsinin və s. idarə və qurumlərın rəhbərliyinin verdiyi təltiflər də vardır. Bu tədbirlər adətən, müxtəlif əlamətdar günlərə və bayramlara həsr olunub. Məktəbin musiqi kollektivləri bu dəvətlərə həmişə hörmətlə yanaşmış və bu tədbirlərin bir hissəsi və iştirakçısı olmağı özlərinə mənəvi borc saymışlar.

                                                         Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.