Jurnalist öz maaşı hesabına Mübariz İbrahimov barədə müsabiqə elan edib

Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü münasibətilə “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib.

Etmtv. news  Minval.İnfo-ya istinadən xəbər verir ki, bu müsabiqəni jurnalist Şahin Sərdarlı öz maaşı hesabına elan edib.

Müsabiqədə iştirakın yaş məhdudiyyəti yoxdur.

Mükafatlandırılma aşağıdakı formada aparılacaq:

I yer – 1 nəfər – 100 manat

II yer – 2 nəfər – 75 manat

III yer –3 nəfər – 50 manat

QEYD: Müsabiqə fondu jurnalistin 1 aylıq əməkhaqqısı hesabına maliyyələşəcək.

Müsabiqənin mükafatlandırma mərasimi Mübariz ibrahimovun doğum günündə – 7 fevral tatixində baş tutacaq (Məkan haqqında ətraflı məlumat veriləcək).

Yazıları  “shahinsardarli@outlook.com”  e-mail ünvanına göndərmək xahiş olunur.

Müsabiqədə qalib olmuş yazılar mətbuatda dərc olunacaq.

Müsabiqəyə qatılmaq üçün SON TARİX: 31.01.2019

ƏLAQƏ: (055) 572 46 51

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.