Respublika fənn olimpiadalarının məktəbdaxili mərhələsi keçirilir

Gəncə şəhər ümumtəhsil məktəblərində Respublika fənn olimpiadalarının məktəbdaxili mərhələsi keçirilir.

Olimpiadaların məktəbdaxili mərhələsinin keçirilməsində məqsəd  xüsusi istedadı olan şagirdləri aşkarlamaq, onların şəhər turunda iştirakını təmin etmək, şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, şagirdlərin həmin fənnlərə olan marağını artırmaqdan ibarətdir.

IX-XI sinif şagirdləri arasında keçirilən məktəbdaxili olimpiada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.