Qırğızıstanın Oş şəhərində Türk dünyası üçün təqdir olunacaq addım atılıb.
Türk dövlətlərinin birlik simvolu olan TÜRKSOY abidəsi ucaldılıb. Abidədə əməkdaşlıq fonunda Türk dövlətlərinin bayraqları əks olunub.
Qeyd edək ki, Oş şəhəri 2019-cu ildə Türk dünyasının Mədəniyyət Paytaxtı idi. 2020-ci ildə bu estafet Özbəkistanın Xivə şəhərinə keçəcək.