25 noyabr 2019-cu il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Olimpiya çempionu Toğrul Əsgərov haqqında çəkilmiş “Ərtoğrul” filminin nümayişi və onunla canlı ünsiyyətin qurulmasını özündə ehtiva edən “Azərbaycan Olimpiya Odisseyası” adlı tədbir keçirilmişdir. Tədbirin aparıcılığını Gəncə Dövlət Regional kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini Osmanlı Ayişə etmişdir.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa xanım Abbasova, “Azərbaycan İdman Könüllüləri” İB-nin sədri Miraqil Seyidzadə, “Olimpiya Odisseyası” layihəsinin müəllifi Arzu Qulamov və Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov çıxış ediblər.
Tədbirin əsas məqsədi “İdman hamı üçün” şüarı altında gənclərin narkotik vasitələr və psixotrop maddələrdən istifadəsinə qarşı mübarizəyə, həmçinin sağlam həyat tərzinin aşılanması və Olimpiya prinsiplərinin təbliğ edilməsi olmuşdur.