Məhsəti Gəncəvinin xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək

20-27 dekabr 2018-ci il tarixlərdə Gəncədə şahmat üzrə “Gəncə Open-2018” Respublika şahmat turniri start götürəcək. Azərbaycan Şahmat Federasiyasının  və 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnir Azərbaycan şairi, ilk qadın şahmatçı Məhsəti Gəncəvinin xatirəsinə həsr olunub.

yenigence.com-a 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbindən verilən məlumata görə turnirin yekun nəticələri beynəlxalq reytinq hesablanması üçün FİDE-yə göndəriləcək.

İlk 3 yerin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.