TƏRƏQQİ VƏ İNKİŞAF YOLU

1993-cü ilin 3 oktyabr tarixi xalqı­mı­zın həyatına böyük bir ta­rixi hadisə kimi, respublikamızın hərtərəfli tərəqqisinin, hü­quqi, demokratik və dünyəvi dövlət qu­ruculuğu prosesinin bünövrəsinin qoyuldu­ğu bir gün kimi daxil ol­muşdur. Ümum­mil­li lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı xalqımızın nicat gününün başlan­ğıcı oldu. Dünya şöhrətli siyasətçi, dahi dövlət xadimi, bütün varlığını xalqına xidmətə həsr etmiş ulu öndərimiz Heydər Əliyev öz nüfuzuna, baca­rığına və xalqına arxalanıb insanları azərbaycançılıq, müstəqil dövlətçilik və demokratik ideyalar ətrafında birləşdirib, yeni dövlət quruculuğuna başladı. Onun ölkəmizə rəhbərliyi dövrdə Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quru­cu­luğu və vətəndaş cəmiyyətinin for­malaşdırılması prosesinə baş­landı, vətənimiz böyük inşaat mey­da­nına çevrildi, ölkənin ya­radıcı insanları üçün əsl in­tibah dövrü oldu. Bu dövrdə Azər­bay­canda dün­yanın ən iri müqa­vilələrin layihələri hazırlanıb, “Əsrin müqaviləsi” olan neft kon­traktları imzalanıb. Azərbay­can xalqı Heydər Əliyevin tim­salında öz xilas­karını, böyük və ulu oğlunu, təhsilimizin, mədə­niyy­ətimizin, elm və incəsənə­timizin və s. inkişafında bö­yük və danılmaz xidmətləri olmuş dahi oğlunu görür və ona minnət­dardır. Azərbaycanda o dövrdə əldə edilən bu yüksək nailiy­yət­lər Heydər Əliyevin böyük bacarığı və səyləri nəticəsində həyata keçirilib.

Doğma Azərbaycanımızın hərtərəfli inkişafında Heydər Əli­yevin böyük rolu olmuşdur. Onun Azərbaycanın tərəqqisi və inkişafı naminə gördüyü işlər xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. Onun hakimiyyətə gəlişi dövründən baş­la­yaraq qısa bir vaxtda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və beynəlxalq əlaqələrində dönüş baş verdi, milli müs­təqilliyimiz möhkəmləndi. Bu illərdə Heydər Əliyev xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxar­mış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Ulu Öndər mədəniyyət sisteminin inkişaf etdirilməsi yönümündə də böyük işlər görmüşdür. Məhz onun dövründə mədəniyyət sahəsi ilə bağlı islahatlara başlanılmış və bununla da milli mədəniyyətimizin sürətli inkişafının əsası qoyulmuş­dur. Ulu Öndər mədəniyyəti xalqımızın böyük sərvəti hesab edir, daim onun inkişaf etdirilməsi qayğısına qalırdı. Onun hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin inki­şafında yeni bir dövrün əsası qoyulmuş, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. O, mədə­niyyətimizi yaradan, onu inkişaf etdirən insanların qayğısını çəkirdi. Heydər Əliyev milli mədəniyyətimizin əsl hamisi idi, xalqını sevdiyi qədər də bu xalqın mədəniyyətinə, milli-mənəvi dəyərlərinə məhəbbətlə yanaşır, digər xalqlara nisbətdə milli mədəniyyət və dəyərlərimizin ən uca zirvələrdə olmasına bütün var qüvvəsini sərf edir, bu dəyərləri qoruyub gələcəyə aparan insanlara böyük hörmət və ehtiramla yanaşmağa çağırırdı.

Mədəniyyətimizin bütün sahələri Heydər Əliyev qayğı­sın­dan bəhrələnmişdir. Milli musiqimiz, teatrımız, kino sənəti­miz, heykəltaraşlıq, xalça sənətimiz Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnmiş və bu günümüzə gəlib çatmışdır. Həmin dövrdə Azərbaycanda mədəniyyətin bütün sahələri üzrə inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, mədəniyyət ocaqlarında aparılan quruculuq işləri milli mədəniyyətimizin inkişafına böyük yol açmışdır. Milli mədəniyyətimizin inki­şa­fında böyük sıçrayışa təkan verən bu işlər ölkə rəhbərinin bu sahəyə olan diqqət və qayğısının sayəsində həyata keçirilmiş­dir.

Bu gün ölkəmizdə olan əmin-amanlıq, iqtisadi inkişaf, müxtəlif sahələr üzrə əldə edilən uğurlar insan­lar­da fərəh və qürur hissləri oyadır. Bütün sahələri, eləcə də mədəniyyət sa­həsini əha­tə edən bu inkişaf və yüksəliş dahi Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi al­tında bu gün də davam etdirilir. Onun Azərbaycan Respublika­sının Prezidenti seçildiyi bu illər ərzində ölkəmizdə böyük miqyaslı işlər görülüb. İstər yeni is­tehsal müəssisələrinin yara­dıl­ması, istərsə tikinti-quru­culuq, abadlıq işlərinin aparılması yönü­mün­də bu işlər geniş miqyaslıdır. Bütün bunlar ölkə iqti­sadiyyatının durmadan inkişafına, xalqımızın maddi rifahının yax­şılaşmasına, dövlətimizin möhkəmlən­mə­sinə, əhalinin sosi­al rifah halının yüksəldilməsinə xidmət edir. Bu uğurlar, əlbəttə ki, bizi sevindirir. Bundan irəli gəlir ki, insanlar gələcəyə daha inamla baxır, dövlətçiliyimizin qüdrətlənəcəyinə və xalqımızın rifahının daha da yüksələcəyinə inamını heç vaxt itirmir.

Günbəgün gözəlləşən ölkəmiz çiçəklənir. İnkişaf edən xalqımız bundan da gözəl həyata layiqdir. Və bu­nun əldə edil­məsi üçün dövlətimiz var gücünü əsir­gəmir. Hal-hazırda döv­lətimizin daxili və xarici siyasəti bu mühüm vəzifələrin həllinə yönəlib.

Dövlətimizin öz vətəndaşları üçün yaratdığı şərait öz növ­bəsində ölkəmizin inkişafı üçün çalışan biz mədəniyyət iş­çilərinin da qarşısında böyük vəzifələr qoyur. Biz bunun mə­su­liyyətini anlayır, ölkəmizin mili-mənəvi sərvətlərinin qorun­ması, milli mədəniyyətimizin daha da inkişafı və çiçəklənməsi yo­lunda var gücümüzü əsirgəmirik. Mədəniyyət sistemində apa­rılan islahatların həyata tam keçirilməsi üçün biz mədə­niy­yət işçiləri qarşımıza qoyulan vəzifə və tapşırıqların icrasına xüsusi diqqət yetiririk.

Respublikamızda fəaliyyət göstərən mədəniyyət ocaqla­rın­da aparılan geniş miqyaslı işlər milli mədəniyyətimizin inki­şafına rəvac verir. Bu gün Azərbaycanın mədəniyyət sistemi öz inkişaf dövrünü yaşayır. Bu sahədə əldə edilən nailiyyətlər də dövlətimizin uzun illər ərzində bu sistemə olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Bu gün­kü uğurlarımıza görə, şübhəsiz ki, qısa bir vaxt ərzin­də ölkənin abad­laşdırılması və inkişafı yolunda böyük xid­mətləri olmuş Heydər Əliyev dühasına və onun layiqli davamçısı, Respublikamızın Prezi­den­ti İlham Əliyev cənablarına borcluyuq. Bu uğur­lar mədəniyyət ocaqlarında da böyük dönüşlər yarat­maqla, yeni dövrə qədəm qoymağa səbəb oldu. Mədəniyyət işçiləri bu uğurları böyük ruh yüksəkliyi ilə qarşılayır. Biz də gə­ləcəkdə öz işimizi bu isti­qamətdə qurmağa çalışacaq, bütün səyimizi mədəniyyətimizin inkişafı səviyyəsinin bun­dan sonra da qorunub saxlanılmasına həsr edəcəyik.

Ramail ATAYEV,

Gəncə şəhər Uşaq İncəsənət

Məktəbinin direktoru.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.