“Kiçik İnformasiya Texnologiyaları (İT) mühəndislərin yetişdirilməsi proqramı” layihəsi uğurla həyata keçirilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsbiqəsi çərçivəsində  Gəncə şəhər 22 saylı tam orta məktəbdə “Kiçik İnformasiya Texnologiyaları (İT) mühəndislərin yetişdirilməsi proqramı” layihəsi həyata keçirilir.

Layihənin məqsədi , şagirdlərin İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) daha geniş və məqsədyönlü şəkildə istifadəsinə marağın yaradılması, komputer və digər texnoloji vasitələrin ilkin səviyyə üzrə təmir işinin təşkil edilməsi və onlardan səmərəli istifadə etmələrinə yönləndirilməsidir.

Nəzərə aldıqda ki, davamlı inkişaf edən Azərbaycan Respublikasının Təhsil Sistemi tədrisdə İKT-nın yeniliklərindən istifadə etməyi tələb edir, xüsusi ilə online dərslərin  izlənməsi, müəyyən sayt və online kitabxanalardan istifadə etmək kimi hallar,  maraqlı və daha ətraflı məlumatı özündə birləşdirən şagirdlərin yetişdirilməsinin vacib olduğunu göstərir!

Bu səbəbdən, layihəni tətbiq etməklə  məqsədimiz- orta təhsil müəssisələrində tədris edilən informatika fənnindən əldə edilmiş biliklərin daha da  artırılması, layihə üzrə hazırlanmış Proqram əsasında İKT-dən daha geniş və düzgün  formatda istifadə nəzəriyyəsinin  təşkili  və əldə edilmiş biliyin təcrübədə tətbiqidir.

Layihə “İnformasiya  Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi” mövzusu əsasında fərdi kateqoriya layihəsi olaraq qalib gəlmişdir.

Layihə 20 avqust- 20 dekabr tarixlərini əhatə edir. Layihə çərçivəsində məktəb şagirdlərinə 2 aylıq İT Təlim kursu təşkil ediləcəkdir.

19 sentyabr tarixində məktəb heyəti üçün Layihənin təqdimatı keçirilmiş, layihənin məqsəd və vəzifələri barəsində məlumat ötürülmüşdür. Sonrakı mərhələ üzrə şagirdlər arasından təlim iştirakçılarının qeydiyyat və seçimi nəzərdə tutulmuşdur. Qeyd edək ki, təlim iştirakçıları ilkin bilik qiymətləndirilməsi üzrə test əsasında seçiləcəkdir.

Hədəfimiz, həmçinin şagirdlərin gələcək  karyera seçiminə təkan vermək və gələcəyin İT mütəxəssislərini indidən yetişdirməkdir !

Sevinc İsayeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.