“Regionlarda sahibkarlığın inkişafına dəstək” adlı layihənin təqdimatı keçirilib

Azərbaycan “Sahibkar Qadınlar” İctimai Birliyinin ofisində Sahibkar Qadınların sədri, Avropa İttifaqinın Azərbaycandakı nümayəndəliyi, İqtisadi İnkişaf Nazirliyi Gəncə nümayəndəsi, Gəncə KOB dostu nümayəndəsi və 15 nəfər sahibkar qadınların iştirakı ilə “Regionlarda sahibkarlığın inkişafına dəstək” adlı layihənin təqdimatı keçirilib.

Layihənin prioritet istiqamətləri Azərbaycanın iqtisadi bölgələrində biznesin inkişafına, məşğulluğun yaranmasına töhfə vermək üçün və regionlarda yaşayış və həyat səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.

Layihənin məqsədi regionlarda sahibkarlıqla məşğul olmaq istəyən və KOS-ların inkişafına dəstək vermək üçün İqtisadiyyat Nazirliyinə və onun müvafiq strukturlarına yardım etməkdir. Layihə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilir.
Layihənin vacib fəaliyyətləri  Potensial Sahibkarlar və KOS-lar, ilk növbədə regionlardakı gənclər üçün Təlim ehtiyaclarını təhlil etmək, Azərbaycanda biznes inkubatorlarının təkmilləşdirilməsi üçün əməliyyat qiymətləndirməsi və mövcud biznes inkubasiya tənzimləmələrinin qiymətləndirilməsi və bir çox maraqlı tərəfləri, institutları bu layihəyə cəlb etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.