Peşə təhsili müəssisələrinə qeydiyyat sabah yekunlaşır

Sentyabrın 10-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsində uğur qazanmış namizədlərin qeydiyyat prosesi başa çatır.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, sənəd qəbulunun ikinci mərhələsində  3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.