Şəkildə gördüyünüz şəxslər fəaliyyət göstərdiyim İnsan resurslarının idarəedilməsi şöbəmizin səmimi,gülərüz və operativ əməkdaşlarıdır.Təcrübəyə başladığım ilk gündən etibarən kadrlarla işin dərinlikləri, kadrların say və keyfiyyət tərkibini, onların inkişaf və hərəkətini əks etdirən məlumat bazası,işçilərin işə qəbul, işdən azad olunma, başqa vəzifəyə keçirilmə, məzuniyyət, ezamiyyət və mükafatlandırılma əmrlərinin tərtibatı,sənədlərin operativ, keyfiyyətli hazırlanması və yerinə yetirilməsi ilə bağlı bilik və bacarıqlar əldə edirəm.Sadaladığım bilikləri mənə çox sadə, səmimi şəkildə öyrətdikləri üçün başda hörmətli Elvin Paşayev müəllim olmaqla, şöbəmizin bütün əməkdaşlarına,həmçinin Nazirliyimizdə təcrübə proqramında iştirak etməyimiz üçün bizə şərait yaradan Nazirimiz İnam Kərimova, Rektorumuz İbrahim Cəfərova öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.Bizə göstərilən diqqəti, etimadı doğrultmaq üçün hər zaman öz üzərimizdə çalışmalı,dövlətimizə,millətimizə, gələcəkdə ölkəmizin kənd təsərrüfatına öz layiqli töhfələrimizi verməliyik.Ümumiyyətlə İnsan resursları – təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir, yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir.
Valeh Əsədov, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi.