Bu sayt rəhbərləri həbs edildi-Niyyətin hara, mənzilin də ora

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Mirkənan Seyidov və Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C.Məmmədov 5 il 3 ay, M.Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, “Baku news” saytının rəhbəri Mirkənan Seyidov və “infoplyus.tv” saytının rəhbəri Cəlal Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər. İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.